Cümə axşamı , Noyabr 5 2026
azfa

Rubio: İranla danışıqlar ballistik raketlər və etirazçılara münasibəti də əhatə etməlidir

GADTB: ABŞ-ın dövlət katibi çərşənbə günü, 15 bəhmən tarixində bildirib ki, İranla aparılacaq danışıqlar yalnız nüvə dosyesi ilə məhdudlaşmamalı, Tehranın raket proqramı və İran İslam Respublikasının öz xalqına münasibəti kimi mövzuları da əhatə etməlidir ki, danışıqlar mənalı nəticə versin.

Marko Rubio Vaşinqtonda keçirilən mətbuat konfransında deyib: “Danışıqların real və mənalı nəticə verməsi üçün İranın ballistik raket proqramı, terror təşkilatlarına verdiyi dəstək, nüvə proqramı, eləcə də hakimiyyətin İran xalqına qarşı davranışı müzakirə olunmalıdır.”

Onun bu açıqlamasının, İran İslam Respublikası təhlükəsizlik qüvvələrinin son etiraz aksiyalarını zorakılıqla yatırmasına işarə etdiyi bildirilir. ABŞ prezidenti də etirazların ilk günlərində bu məsələ ilə bağlı İran hakimiyyətinə xəbərdarlıq etmişdi.

Marko Rubio deyib ki, “Tehranla danışıqlar aparmaq İslam Respublikasına legitimlik vermək demək deyil”. Jurnalistin İranla mümkün nüvə danışıqları ilə bağlı sualına cavab olaraq ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ həmişə Tehranla əlaqə qurmağa hazır olub və görüşün keçirilməsini İslam Respublikası üçün “güzəşt və ya legitimlik” hesab etmir.

 O, Donald Trampın istənilən ölkə, istər düşmən və yaxud istər müttəfiq ölkə ilə danışmağa hazır olduğunu və Tehran rəsmiləri ilə birbaşa əlaqə qurmaq imkanı yaradılarsa, Vaşinqton bunu alqışlayacağını vurğulayıb.

Həmçinin yoxlayın

Ağ Evin keçmiş sözçüsü Cey Di Vensə: Problem İran İslam Respublikası ilə müharibə deyildi, atəşkəs idi; müharibəni rejimin süqutu ilə başa çatdırmalıydıq

GADTB: Corc Buş administrasiyası dövründə Ağ Evin keçmiş sözçüsü Ari Fleyşer ABŞ prezidenti Donald Trampın …

Yohan Vadeful: Tehran nüvə silahına hazırlaşır; hərbi reaksiya zəruridir

GADTB: Almaniya hökuməti İran İslam Respublikası rejiminə qarşı hərbi reaksiyanı zəruri hesab edir. Almaniyanın xarici …