Şənbə , Oktyabr 24 2026
azfa

Ruhani ABŞ sanksiyalarına davam gətirmək məqsədilə qarışdırıb məhv etmək istədikləri ölkələri dost adlandırıb

a

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi rejimin prezidenti Ruhani ABŞ sanksiyalarına davam gətirmək məqsədilə hər zaman qarışdırıb məhv etmək istədikləri ölkələri dost ölkə adlandırmağa məcbur olub.

Həsən Ruhani Simnan vilayətinin əhalisi qarşısında çıxış edərək, deyib: “Amerika Birləşmiş Ştatları bir gün İranın neft ixracının qarşısını almaq istəyərsə, Fars körfəzindən neftin ixrac olunmayacağını bilməlidir”.

Onun sözlərinə görə, İran neft satır və satacaq. Neft ixracının qarşısını almaq mümkün deyil:

“ABŞ istəyir ki, İranın dünya ilə əlaqələrini zəiflətsin. İranın hazırda qərbdə İraq və Türkiyə ilə, şimalda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan, şərqdə Əfqanıstan və Pakistan, cənubda Oman, Qətər və Küveytlə səmimi əlaqələri var. Birləşmiş Ştatlar uzun əsrlər bir-birinin yanında olmuş region ölkələrini ayıra bilməz”.

Rejimin Prezidenti qonşu ölkələrin himayəsini qazanmaq məqsədilə yalandan deyib ki, ölkəsi heç bir xalqın düşməni deyil və olmayacaq.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın