Çərşənbə , Aprel 22 2026
azfa

Rus qoşununun Mariupola hücumu dəf edildi çoxsayda rus hərbçi öldürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu rus təcavüzkarlarının Mariupola hücumunun qarşısını uğurla alıb. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Sutka ərzində Ukrayna Hava Qüvvələri düşmənin 4 helikopterini, 1 təyyarəsini vurub. Bir qanadlı raket də qırıcı tərəfindən məhv edilib. Mariupola hücuma keçmək istəyən Rusiya ordusu geri oturdulub. Düşmənin bu hücum zamanı canlı qüvvə itkisi 150 nəfər təşkil edib.

Bundan başqa 2 tank, 7 PDM və 1 zirehli transportyor məhv edilib. Bundan sonra düşmən hücumu dayandıraraq geri çəkilib”, – məlumatda qeyd olunub.

Həmçinin Ukraynanın “Azov” batalyonu Rusiya ordusunun genaralını öldürüb.

Batalyon öldürülüən generalın fotosunu da paylaşıb.

Onun adı və soyadı barədə hələlik məlumat verilmir.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …