Rusiya postsovet məkanındakı ölkələrin çoxunda qeyri-sabit vəziyyətə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litvanın Rukla şəhərində xidmət keçən alman əsgərləri qarşısında çıxışı zamanı Almaniya kansleri Angela Merkel deyib ki, Rusiya postsovet məkanındakı ölkələrin çoxunda qeyri-sabit vəziyyətə səbəb olur.

“Biz Avropa Birliyi və NATO-ya üzv olmayan bütün keçmiş sovet respublikalarının Rusiyanın yaratdığı daxili konfliktlərlə toqquşduğunu görürük. Bu gün bu dövlətlərin hamısı öz ərazi bütövlüklərinin bərpası ilə məşğuldurlar. Belə ki, Rusiya ya bu ərazilərin bir hissəsini onlardan ayırıb, ya da orada konfliktlər yarada bilib”, – deyə o bildirib.

O, buna əsas sübut kimi Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda yaranan situasiyanı misal göstərib.

 

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın Tofiq Zülfüqarov “Media Türk TV”-də çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Türk Dövlətləri Təşkilatı İranın Naxçıvana hücumunu pislədi

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi …

Bir cavab yazın