Cümə , Aprel 19 2024
azfa

Rusiya təyyarələrlə Ermənistana raket sistemləri daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyadan Ermənistana “humanitar yardım” adı altında silah tədarükü davam edir.

Bu ərəfədə Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan “Kornet” raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyanın İrəvana qayıtdığı Ermənistan Xarici İşlər Nazirliyinin 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb. Yaxın vaxtlarda “Kornet” tank əleyhinə idarə olunan raketlə yanaşı, “İqla” portativ zenit raket sisteminin də olacağı başqa bir silah partiyasının Ermənistana təslim edilməsi gözlənilir.

Xatırladaq ki, Ermənistan, Qarabağdakı açıq hərbi məğlubiyyət fonunda, ölkəyə əsasən Rusiyadan əlavə silah tədarükü idxal etməyə çalışır. Ancaq həm Gürcüstan, həm də İran Ermənistana öz ərazilərindən hərbi yüklərin daşınmasını qadağan etdikləri üçün Ermənistan silahları VIP uçuşlar da daxil olmaqla mülki, habelə rəsmi məlumatlara görə, Rusiyadan humanitar yardım aparan təyyarələrlə daşıyır. Bu əməliyyatların təşkilatçıları Ermənistan Müdafiə naziri David Tonoyan, sahibkar Samvel Karapetyan və “boz iş adamı”, silah qaçaqmalçısı David Qalustyandır.

Bütün bu təhlükəli və təxribatçı fəaliyyət məhz Rusiya diplomatiyasının vasitəçi rolunu oynadığı və Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında rus həmkarı Sergey Lavrovun vasitəçiliyi ilə görüş təşkil etdiyi dövrdə həyata keçirilir.

İndi isə məlum olub ki, danışıqlardan sonra Moskvadan ayrılan Zohrab Mnatsakanyan təyyarəsinə 300 “Kornet” yükləyərək onları İrəvana aparıb.

Bu cür fəaliyyətin Rusiya rəsmi orqanlarının xəbəri olmadan həyata keçirilməsinə inanmaq isə çox çətindir. Üstəlik, Rusiyanın rəsmi orqanlarının humanitar yardım adı altında erməni mülki təyyarələrinin Ermənistana silah daşımasından xəbərsiz olmasını təsəvvür etmək daha çətindir. Hər bir hava limanında gömrük, sərhəd nəzarəti, hava təhlükəsizliyi xidməti var… Necə ola bilər ki, onlar hamısı ICAO və Çikaqo konvensiyasını kobud şəkildə pozan bu cür əməliyyatlardan xəbərsizdir?

Ən əsası, Rusiyanın vasitəçiliyi ilə bağlı sual yaranır: Bu necə olur? Moskva bir tərəfdən münaqişə tərəflərini barışdırmağa çalışır, digər tərəfdən Ermənistana silah tədarükünə davam edir? Bunu nə üçün bilərəkdən qaçaqmalçılıq sxemi üzrə edir? Sual Rusiya hökumətinədir.

Hansı ki, ən azı “humanitar yardım” adı altında mülki uçuşlarla silah tədarükü ilə bağlı vəziyyəti Moskva “barışıq” danışıqları fonunda aydınlaşdırmalıdır.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın