Bazar ertəsi , May 6 2024
azfa

Rusiya Türkiyəyə qarşı dəstəklədiyi Haftara məğlubiyyətdən sonra atəşkəs əmri verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Türkiyəyə qarşı dəstəklədiyi Haftara son məğlubiyyətdən sonra atəşkəs əmri verib.

Qiyamçı Liviya Milli Ordusuna hökumət qüvvələri qarşısındakı son itkilərdən sonra Rusiya tərəfindən atəşkəs anlaşmasına qayıtmaq əmri verilib.

Bu barədə Liviyanın Tobruk şəhərindəki qeyri-legitim parlamentin sədri, general Xəlifə Haftarın müttəfiqi Aqilə Saleh açıqlama yayıb.

O, qiyamçı generalın Rusiyanın təlimatı ilə atəşkəs elan etdiyini bildirib.

Hökumət qüvvələrinin son əməliyyatlarından sonra Haftar ordusunun çətin durum qarşısında qaldığını deyən Saleh qiyamçıların məğlubiyyətə yaxın olduğunu vurğulayıb:

“Ruslar qarşıdurma bölgəsində vəziyyətin getdikcə ağırlaşması səbəbindən Haftardan atəşkəs elan etməsini istəyib”.

Hökumət qüvvələri son günlərdə paytaxt Tripoli və ölkənin qərb bölgələrində 3 min kvadrat kilometrlik ərazini Haftar ordusundan geri alıb.

Həmçinin yoxlayın

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Bir cavab yazın