
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ermənistana hərbi yardımını davam etdirir.
Rusiyaya məxsus hərbi nəqliyyat təyyarələri Rostov-Dondan İrəvana reyslər edir.
İlk hərbi reys sentyabrın 26-dan 27-nə keçən gecə, Ermənistan Ordusunun hərbi hücumundan bir neçə saat öncə həyata keçirilib. Daha bir An-124 təyyarəsi döyüşlər başlayan 6 saat sonra İrəvan aeroportuna eniş edib.
Növbəti saatlarda daha 1 hərbi təyyarə Rostov-Dondan İrəvana eniş edib.
Həmin təyyaərələrin Ermənistan hərbi texnika daşıdığı bildirilir.