Çərşənbə , Oktyabr 9 2024
azfa

Rusiyanın 1919-cu ildə Bakıda yoluxucu xəstəliklər yaymaqla Azərbaycanı işğal planı üzə çıxdı

GADTB: “Rəsmi sənədlərə görə, o vaxtlar Bakı vağzalından hər gün 15-20 rus cəsədi yığılıb dəfn edilirdi..”

“Həmin il Bakıya 25 min erməni daşıyan Rusiya 29 fevral 1920-ci ildə Azərbaycan paytaxtına 500 Denikin əsgəri də gətirmişdi ki, onlardan 130-u tif xəstəsi imiş…”

Türkiyənin Qarabağın azad edilməsi məsələsində açıq şəkildə Azərbaycanın yanında olduğunu ifadə etməsi, qardaş ölkənin Azərbaycan Respublikanda hərbi bazalarının qurulması planları, xalqımızın böyük əksəriyyətinin bu Türk dövlətinə sevgisi və genişmiqyaslı təlimlər məqsədilə gəlmiş Türk ordusunun geri dönməyərək torpaqlarımızın azad edilməsinə dəstək verməsi tələbi və s. neoimperialist iddialı Rusiya dövlətini və onun Bakıdakı dayaqlarını bərk əsəbiləşdirməkdədir. Artıq 3-cü əsrdir ki, ərazilərimizin birbaşa işğalı və qonşulara peşkəş edilməsi ilə məşğul olan Moskva bir əsr öncə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinə(AXC), elə 20-25 il öncə yenicə müstəqilliyini bərpa edən dövlətimizə qarşı da eyni münasibətdə olub və daim yeni işğallar üçün fürsət güdüb…

Bu mövzuda araşdırma aparan əməkdaş 1990-cı illər və 2000-ci illərin əvvəllərində Azərbaycanın həm daxili, həm də xarici siyasətini, onun müstəqilliyinə qarşı təhdidləri həmişə doğrudan da əsl mənada müstəqil və obyektiv, qərəzsiz şəkildə işıqlandırmağa çalışan barmaqla sayılası politoloq-yazarlardan olan Qeyrət Quliyevin bolşevik Rusiyasının 1919-cu ildə AXC-ni gözlənilməz və qeyri-insani bir metodla işğal etmək cəhdindən bəhs edən “Rusiya avantürizmi: sanitar işğaldan psixoloji-siyasi zəlzələyə qədər” başlıqlı məqaləsinə rast gəlib. O illərin məşhur müxalif partiyalarından olan ADP-nin qurucularından biri, sonradan isə Müstəqil Siyasətçilər Hərəkatına rəhbərlik etmiş Q.Quliyev həmin yazısını 1999-cu ilin fevralında özünün təsisçi və baş redaktoru olduğu “Meqapolis-reklam” qəzetində dərc edib. Məqalədə politoloq yazar cəmiyyətdə Rusiya xofunun yaradılmasının elə Moskvanın özünün bir avantürist siyasəti olduğunu ifadə edir…

“Rusiya avantürizmi çox zəngindir. Bizim dövlətin qaldırdığı hərbi bazalar məsələsi populyarlaşıb ciddiləşəndən sonra Rusiya əhalimizdə vahimə yaratmağa başladı ki, dövlətiniz dağıla bilər. Bunun zirvəsi o oldu ki, bəs bizdə çox dəhşətli zəlzələ olacaq. Rusiyanın bu “utka”sı nə qədər qeyri-ciddi olsa da, onun bizdə psixoloji-siyasi zəlzələ yaratmaq cəhdi bir o qədər ciddidir. Arxivdə uzunmüddətli axtarışlara tam təsadüfi tapıntı nəticəsində qapılaraq aşkarladığım bir nəhəng dəlili elə bu zəlzələ epizodu ilə bağlı açıqlamağa məcburam. Bu, mənim alim kimi sirrim idi. Nə isə… 1918-1920-ci İLLƏRDƏ BAKININ AZƏRBAYCANLA BÜTÖVLƏŞMƏSİ İLƏ RAZILAŞAMAYAN RUSİYA PAYTAXTIMIZDA NƏZARƏTDƏN ÇIXMIŞ SANİTAR VƏZİYYƏT YARADARAQ ONU İŞĞAL ETMƏK CƏHDİ EDİB. Plan Azərbaycan Demokratik Respublikasının səbirli, inadlı və kövrək işi ilə heçə endirilib…

Rusiyanın 40 quberniyasından aclar, özbaşına qalmış xəstələr və əsgərlər Bakıya planlı şəkildə göndərilirdi. Məsələn, 23 fevral 1919-cu ildən ADR həmin heç kimə və heç nəyə tabe olmayan təbəqəsizləşmiş kütlənin Bakıdan çıxarılmasıyla dövlət səviyyəsində məşğul olub. Rusiya şəhərlərinin hakimiyyət orqanlarına 200-ə yaxın etiraz teleqramı göndərib. Rusiya isə davam edib. 26 iyul 1919-cu ilə qədər Bakıya 25 min erməni daşıyan Rusiya 29 fevral 1920-ci ildə “Batum” gəmisində paytaxtımıza 500 Denikin əsgəri də gətirmişdi ki, onlardan 130-u tif xəstəsi imiş…

Rəsmi sənədlərə görə, o vaxtlar Bakı vağzalından hər gün 15-20 rus cəsədi yığılıb dəfn edilirdi. 40-a qədər sahibsiz rus uşağı yığılırdı…

Nə isə, dəyişən forma, məzmundur. Rusiya o vaxt bizdə kütləvi epidemiyalarla işləmək cəhdi edirdi, indi isə zəlzələ vahiməsi yaradır…

Rusiya avantürizminə ciddi yanaşmaq lazımdır- onlarda yalançı çarlar da olub. Öz aramızdır, yaman zəlzələ müzakirələrinə qoşulduq ha… Deməli, uyduq… Rusiya avantürizminə… Amma əhalidən gərginliyi çıxarmaq üçün bu bəlkə də lazım idi…”

P.S. Fəqət, Rusiyanın 1999-cu ildəki zəlzələ “utkası”, deyəsən, bir il sonra – 2000-ci ilin noyabrın 25-də “gerçəkləş”di. Həmin gün RF prezidenti V.Putin Bakıya səfərə gəlməli idi. Lakin nədənsə gəlmədi… Və zəlzələ oldu… O vaxt şayıə yayıldı ki, guya həmin zəlzələ Xəzərdəki Rusiya hərbi gəmisi vasitəsilə törədilib… Bu da xalq arasında Rusiya xofunu gücləndirdi… Doğrusunu Allah bilər… Amma bütün hallarda həm Qarabağ, həm də digər məsələlərdə Moskvanın gerçək siyasətini, gücünü, real təhdid vasitələrini nəzərə almaq gərəkdir, ancaq “5-ci kalon”un Rusiya xofunu gücləndirməsinə imkan vermək lazım deyil… Həmin xofun qarşısını almaq üçün ən gözəl vasitə isə xalqın-dövlətin gerçək, sarsılmaz birliyini yaratmaq və qardaş Türkiyənin də dəstəyi ilə Qarabağın azadlığını gerçəkləşdirməkdır.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …

Bir cavab yazın