Rusiyanın Ukrayna ilə bağlı beynəlxalq qanunları pozmasından sonra Zelenski dünyaya səsləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Ukrayna ilə bağlı beynəlxalq qanunları kobud şəkildə pozmasından sonra Zelenski dünyaya səsləndi.

Ukrayna prezidenti Volodimir Zelenski dünya ictimaiyyətinə müraciəti əsnasında deyib: “Biz böyük bir faciə ilə üz-üzəyik. İndi biz nə etməliyik, bizə tamaşa yoxsa kömək edəcəksiniz?”

Zelenski bildirib ki, Ukrayna üçün NATO-da olub-olmamağın da fərqi yoxdur.

“Siz bizə kömək etməlisiniz. Bu gün təkcə Ukrayna deyil, bütün Avropa təhlükə ilə üz-üzədir. Əsgərlərimiz sabah sizi qoruyacaq. Sərhədimizdəki təhlükə bütün Yer kürəsi üçün təhlükədir. Hazırda burada böyük böhran gedir. Sabah Moldova, Litva, bütün Avropa təhlükə altında ola bilər. Ukrayna yalnız sülh istəyir, lakin biz istənilən ehtimala hazırlaşırıq”.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …