Şərqi Türküstan nümayəndəsindən Türkiyəyə çağırış: Şərqi Türküstanı məhv edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstan uyğur türklərinin nümayəndəsi Nurala Göktürk Çinin Şərqi Türküstanda uyğur türklərini məhv etməsi ilə bağlı Türkiyəyə çağırış edib.

Göktürk deyib ki, biz də insanıq. Türküstan hər keçən gün yox olur. Xahiş edirik, biriləri fəryadımızı duysun.

Göktürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalıya da səslənib:

“Bizim günahımız nədir? Niyə bu insanlara həbs verilir? Biz terrorçuyuq? Ərdoğan bəyin çıxışını dinləmək istəyirəm. Bizim səsimizi eşidin. Orda şiddət var, hətta heyvanların belə yemədiyi yeməklərə məhkum edilirlər. Nə olar, bizim səsimizi eşidin. Türküstan yanır, yox olur”.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın