Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Şəbistərdə molla rejimin təhlükəsizlik qüvvələri Hüseyn Əmani Nadarlını həbs ediblər

GADTB: Cənubi Azərbaycan milli hərəkatı fəalı Hüseyn Əmani Nadarli bu gün, 12 Aban 1404-də Şərqi Azərbaycanın Şəbistər şəhərində yerləşən iş yerində molla rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəalın qardaşı sosial şəbəkədə paylaşdığı məlumatla saxlanılma xəbərini təsdiqləyib. Lakin onun hansı səbəbdən həbs edildiyi barədə dəqiq informasiya yoxdur.

Qeyd edək ki, Hüseyn Əmani Nadarlı daha əvvəl, 12 Mehr 1404-də polis tərəfindən telefon zəngi və SMS vasitəsilə Şəbəstərdə Polis İdarəsinin Məlumat Bölməsinə çağırılmışdı. Fəal həmin vaxt şəxsi nömrədən gələn zəngin və polis idarəsinə dəvət mesajının görüntüsünü paylaşaraq bunun təhlükəsizlik qurumları tərəfindən göndərildiyini bildirmişdi. O, paylaşımında “işinin davamı və sənədlərin tamamlanması” üçün polisə müraciət etməsinin tələb olunduğunu qeyd etmişdi.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …