Şənbə , Oktyabr 17 2026
azfa

Şəbistərdə molla rejimin həbs etdiyi azərbaycanlı fəallara dəstək vərəqələri paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Şəbistər şəhərində molla rejimin həbs etdiyi azərbaycanlı fəallara dəstək vərəqələri paylanılıb.

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Şəbstar şəhərində vərəqələr çap edərək divarlara yapışdırmaq vəyaymaqla molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəaların azalıığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, həbs edilən milli fəallar arasında Peyman İbrahimi, Murtaza Nurməhəmmədi Nadarlı, Davud Şiri, Əli Babai, Araz İbrahimnejad, Cavad Sudbər, Əmir Hüseyn Ağayi, Seyid Məhəmmədrza Movəhhid, Mehrdad Qadiri və İbrahim Əvəzzadənin adı qeyd edilir.

Həbs edilən azərbaycanlı milli fəalların əksərinin ailələrinin rəsmi qurumlara müraciət edərək barələrində məlumat əldə etmək üçün müraciətlərinə müsbət cavab verilməyib. Molla rejimi artıq həmin azərbaycanlı fəalların ailələrinə də təzyiq göstərir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …