Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanda İranın istismar etdiyi uran mədəni barədə vəziyyət açıqlanmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məsil şəxsləri Güney Azərbaycanın Xoy bölgəsindəki uran mədəninin fəaliyyətə başlamasından bir neçə ay keçməsinə baxmayaraq, hələ də bu mədənin ekoloji tələblərə uyğun olub-olmadığına aydınlıq gətirməyiblər.

İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ölkənin qərbindəki ən böyük uran mədəni adlandırılan “Mehdi Baqiri” Mədən-Sənaye Kompleksinin nüvə yanacağı xammalı və nadir elementlərin radioaktiv maddələrin hasilatı üçün potensial sahələrdən biri olduğunu deyib.

Qeyd edək ki, yerli əhali bu mədənin istismarı və ekoloji fəsadlarndan narahatdır.

Azərbaycanlı ekofəal deyib: “Nüvə radiasiyasının mədənin ətrafındakı yaşayış bölgələrinə və şəhərin yeraltı sularına təsiri onun ekoloji fəsadlarındandır. Bundan başqa, nüvə tullantılarının atılma üsulu və mədənin istismar növü də vacib məsələdir. Çünki radioaktiv çirklənmə digər mədənlərin çirklənməsindən çox fərqlənir ki, bu da əhali arasında bir nəsil sonra yarana bilər”.

Xoy uran mədənindən əlavə, Məhəmməd İslami tərəfindən Qərbi Azərbaycan vilayətinin Makı şəhərində “Diləkverdi” adlı daha bir mədən açılıb. Bu mədən, Xoy uran mədəni kimi, Azərbaycan xalqı və ətraf mühit fəalları arasında böyük ekoloji narahatlıqlara səbəb olub.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …