Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Səudiyyə Ərəbistanı İranla əlaqəli terrorçu qrupların PUA hücumlarının qarşısını aldığını açıqlayıb

GADTB: Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri son saatlarda Şərq bölgəsi və Ər-Riyaddakı neft obyektlərini hədəf almağa çalışan bir neçə pilotsuz uçuş aparatını (PUA) aşkar edərək məhv edib. Nazirliyin açıqlamasına görə, hücumlar İraq ərazisindən həyata keçirilib və İranla əlaqəli terrorçu qruplar tərəfindən təşkil olunub.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, baş qərargah generalı Türki əl-Maliki bildirib ki, hava hücumundan müdafiə qüvvələri son saatlarda ölkənin Şərq bölgəsində və Ər-Riyadda yerləşən neft obyektlərini hədəf almağa cəhd göstərən bir neçə PUA-nı uğurla zərərsizləşdirib.

General əl-Maliki qeyd edib ki, bu hücum cəhdləri İraq ərazisindən həyata keçirilib və İranla əlaqəli silahlı qruplar tərəfindən təşkil olunub.

O vurğulayıb ki, Səudiyyə Ərəbistanı öz təhlükəsizliyini, milli resurslarını və strateji imkanlarını qorumaq hüququna malikdir və bu hücumlara uyğun vaxtda və uyğun şəkildə cavab vermək hüququnu özündə saxlayır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …