Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Salmaslın Ləkistan müharibəsinin 99-cu ildönümü anılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabr ayının 18-də təcavüzkar Smitqo tərəfindən Salmaslın Ləkistan məntəqəsində qətliam 3500 nəfər Azərbaycan türkünün xatirəsi anılıb. Anım mərasimi Salmasın Qaraqışlaq kəndində keçirilib.   

Anım mərasimində talançı kürdlərin başçısı Simitqo və silahlı dəstəsi tərəfndən şəhid edilən 3500 türkün xatirəsi anılıb. Həmçinin Ləkistan müharibəsinin qəhrəmanı Məsud Divan Ləkistanı və onun məşhur şair oğlu Nimtac Salmasi ehtiramla anılıblar.

Qeyd edək ki, kürdlər yaşayan bölgələrdən Azərbaycanın qərb bölgəsinəöz silahlı dəstəsi hücum edən İsmayılağa Smitqo XX əsrin birinci yarısında on minlərlə Azərbaycan türkünü qətliam etmiş, eləcə də əksər Azərbaycan şəhər və kəndlərini talamışdır.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın