Bazar , Oktyabr 25 2026
azfa

Sanksiyalar nəticəsində Almaniyada irqçi rejimin Milli Bankının fəaliyyəti iflic oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın irqçi fars rejimə qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Almaniyanın Hamburg şəhərində yerləşən rejimin Milli Bankının fəaliyyəti iflic olub. Artıq bankın internet və telefonu kəsilib.

Almaniyanın “Handelsblatt” qəzeti noyabr ayının 23-də məlumat yayıb ki, İran Milli Bankı aldığı xidmətin haqqını bir yerdə ödəsə də, bankın interneti və telefonu naməlum səbəbə görə tamamilə kəsilib.

Almaniyanın ən böyük internet və telefon xidməti göstərən “Telecom” şirkəti bəyanat yayaraq, bildirib ki, Amerikanın tətbiq etdiyi sanksiyalarına nəticəsində rejimin Milli Bankı beynəlxalq bank sistemi şəbəkəsi vasitəsilə aldığı xidmət haqlarını ödəyə bilmir.

Qeyd edək ki. 2018-ci il noyabr ayının 5-dən ABŞ-ın irqçi fars rejimə qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb. Buna görə çox sayda xarici şirkətlər İranı tərk edib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın