Çərşənbə , Aprel 15 2026
azfa

Savalan mərasimi ilə bağlı rejimin azərbaycanlı fəallara qarşı təzyiqi başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Savalan mərasimi ilə bağlı azərbaycanlı fəallara qarşı təzyiqi başlayıb.

Artıq bir neçə gün öncə rejimin təhlükəsizlik qüvvələri cümə axşamı günü, avqustun 1-də  azərbaycanlı fəal Aydın Zakirni iş yerinə müraciət edərək onu yaxalamışlar.

Rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəalı yaxalarkən onun və yaxınlarının müqaviməti ilə qarşılaşıblar və nəticədə qarşıdurma yaranıb. Məmurlar həmçinin onlara qarşı gözyaşardıcı qazdan istifadə etmişdilər.

Fəal avqust ayının 2-də rejimin Meşginşəhrdə yerləşən İnqilab Məhkəməsinə aparıldıqdan sonra qeyd-şərtsiz azad edilib. Növbətçi hakim fəalın gözlənilən Savalan dağı mərasimində mümkün iştirakı ilə bağlı yaxalandığını bildirib.

Rejimin Savalan dağı mərasimi ərəfəsində digər azərbaycanlı fəallara da hər hansı formada təzyiq göstərdiyi bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …

Bir cavab yazın