GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı “Güney Azərbaycan müstəqilliyinin zərurəti və onu tanıyacaq ölkələr.” mövzusunda çıxış ediblər.
Sayın Əjdər bəy və Mahmudəli bəy çıxışında həmçinin İran dövlətinin çökməkdə olması, idarəçiliyin yarıtmaz olması üzündən əksər bölgələrdə tətillərin baş verməsi, irqçi fars-molla rejimin həqiqətən türk düşməni olması, Azərbaycan Türk Millətinin Güney Azərbaycanda öz müstəqilliyi uğrunda mübarizə aparması, kimsənin Azərbaycan Türk Millətini yolundan döndərə bilməyəcəyi, Azərbaycan Türk Millətinin hələlik Azərbaycan və Türkiyə dövlətlərindən lazımi dəstəyi görməmələri, Azərbaycan Türk Millətinin Güney Azərbaycanda öz yolunu artıq seçdiyi və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəy və Mahmudəli bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: