Cümə axşamı , Oktyabr 29 2026
azfa

Sayın Eldar Qaradağlı GADTB başqanının birinci müavini seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadənin GADTB-nin nizamnaməsinin 14 və 15-ci maddələrini əsas gətirərək, imzaladığı sərəncamla sayın Eldar Qaradağlı GADTB başqanının birinci müavini təyin edilib.

Sayın Eldar Qaradağlının GADTB başqanının birinci müavini təyin edilməsi isə GADTB-nin yönətim Qurulu tərəfindən açıq səsvermə ilə təsdiq edilib.

Beləliklə, sayın Eldar Qaradağlı GADTB başqanının birinci müavini vəzifəsini üzərinə götürüb. Bu münasibətlə sayın Eldar bəyi səmimi-qəlbdən təbrik edirik.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın