
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və GADTB Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sima xanım Azərsun və s. üzvlər Avstraliyada Azərbaycan təmsilçiliyinin tədbirinə rəsmi dəvətlə qatılmışlar.
İyunun 23-ü cümə günü Avstraliyanın paytaxtı Kanberada Azərbaycan Respublikasının təmsilçisi hörmətli diplomat Vaqif Cəfərov və xanımının təşəbbüsü ilə üç münasibətlə bağlı tədbir keçirib. Tədbir 28 May Azərbaycanın Müstəqillik Günü, 26 iyun Ordu Günü, eləcə də ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilmişdir.
Tədbirə Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), eləcə də avstraliyalı dövlət adamları, Türkiyənin səfiri Ufuk Gezer və s. qonaqlar qatılmışlar.
Tədbirdən şəkilləri təqdim edirik:



