Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Sayın Mikayil bəy Oyta Sidneydə Türk və KKTC dərnəklərinin iclasında-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə Sidneydə Türk və KKTC dərnəklərinin iclasında iştirak edib.

Tədbir 22 iyul-da Sidneydə 29 Türk Təşkilatının iştirakı ilə keçirilib. Türk dərnəkləri birgə fəaliyyıt göstərib və 9 Noyabr 2025-də Sidneydə Türkfest festivalını keçirməyi qərara alıblar.

Toplantida Türkiyənin Sidneydəki baş konsulu  sayin Bəlgin xanım Ərgünəş və Quzey Kıprısın fəxri konsulu sayın İlkay Yusuf, eləcə də başqa Türk dövlət və topluluqlarından Tatar, Uygur, Macar, Qazax, Kerkük türkləri (Türkmanlar) və s. türklər iştirak etmişlər .

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …