Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Təbrizdə Qaşqay türklərinin mədəniyyəti ilə bağlı “Qalıcı Kimlik” Foto Sərgisi keçiriləcək

GADTB: Təbrizin Mədəniyyət Evində Həmidrza Rustanın əsərlərindən ibarət Qaşqay türklərinin mədəniyyəti və ritualına həsr olunan “Qalıcı Kimlik” foto sərgisi keçiriləcək.

Sərginin avqustun 3-dən 7-dək keçiriləcəyi bildirilir.

Sərgidə Həmidreza Rustanın Qaşqay türklərinin geyimi, ayinləri, rəqsləri və gündəlik həyatının aspektlərini əks etdirən sənədli fotoqrafiya əsərləri yer alacaq.

Sərginin açılışı avqustun 3-ü saat 17:00-da baş tutacaq və həvəskarlar avqustun 6-dək hər gün saat 17:00-dan 20:00-dək bu sərgini ziyarət edə bilərlər. Sərginin keçirilmə yeri Təbrizin İmam küçəsi, Mir Əli Təbriz Qalereyasının birinci mərtəbəsində yerləşən Mədəniyyət Evidir.

Qeyd edək ki, Qaşqay türkləri Qaşqayyurda yaşayırlar və hazırda irqçi fars-molla rejimi onların ərazisini bir neçə vilay arasında paylaşdırıbdır. Hazırda qaşqayların əhalisi beş milyondan çoxdur və əslində Qaşqayyurd Azərbaycan türklərinin ərazisini  körfəzə bağlayır.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …