Cümə axşamı , Sentyabr 10 2026
azfa

Sayın Mikayil bəy Oyta Xocalı soyqırımı ilə bağlı Avstraliya xarici işlər naziri ilə yanaşı Simon Birmingham-a məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Avstraliyada müxalifətin lideri və kölgə xarici işlər naziri kimi tanınan senator Simon Birmingham-a Xocalı soyqırımının tanınması zərurəti ilə bağlı müraciət edib.

Sayın Mikayil bəy Oyta Ermənistanın törətdiyi Xocalı soyqırımı və Ermənistanın Rusiya və İranın himayəsi ilə dağıdıcı siyasət yeritməsi haqqında məlumat verərək, Xocalı soyqırımının tanınması zərurətini bildirmişdi

Qeyd edək ki, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta bundan öncə isə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın ildönümü ilə bağlı Avtralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edərək, bu dəhşətli soyqırım barədə məlumat vermişdi.

Sayın Mikayil bəy Avstraliyalı nazirə ermənilərin Azərbaycanın Xocalı şəhərinə 1992-ci ilin fevralında hücum edib, şəhəri yer üzündən silməklə dəhşətli soyqırım törətdiyi, Ermənistanın öz müttəfiqləri- Rusiya, İran, Suriya və PKK terror təşkilatının köməyinə arxalanaraq sülh sazişini rədd etdiyi və s. məsələlər barədə məlumat vermişdi

Sayın Oyta məktubunun sonunda bəşəriyyətə qarşı törədilən cinayətlərin tanınmamasının yeni cinayətələrə yol açacağını xatırladarq, Avstraliya dövlətini Xocalı soyqırımını tanınmağa çağırmışdı.

Sayın Mikayil bəyin məktubunun ingiliscə tam mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …