Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Məhəmməd Yusifini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifini həbs edib.

Fevralın 20-i səhər saat 10-da Ərdəbil rejimin polis məmurları azərbaycanlı fəalın yaşadığı mənzilə gedib və fəalın evdə olmadığı üçün onu yaxalaya bilməyiblər. Lakin fəalın polisə müraciət etməsini istəyiblər.

Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11-30-da polis idarəsinə gedib. 12:30-da Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15-də bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.

Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib.

Fevralın 21-i səhər saat 8-də yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.

Yusifinin hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir.

Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan Əhməd Obalının bacısı oğludur.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …