Sayın Mikayil bəy Oytanın Ermənistanın Azərbaycan sərhədində qanunsuz metallurgiya zavodu tikintisi ilə bağlı Avstraliya xarici işlər nazirinə məktubuna cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oytanın Ermənistanın Azərbaycan sərhədində ekoloji fəlakətə səbəb ola bilən qanunsuz metallurgiya zavodu tikintisi ilə bağlı Avstraliya xarici işlər naziri Penny Vonga məktubuna cavab gəlib.

Avstraliya Xarici İşlər Nazirliyindən gələn cavab məktubunda yazılıb:

Hörmətli Oyta bəy

Ermənistan-Azərbaycan sərhədi yaxınlığında metallurgiya zavodunun tikintisi ilə bağlı 14 iyun 2023-cü il tarixli məktubunuza görə təşəkkür edirik. Mən Xarici İşlər Naziri, senator Hon Penny Wong adından cavab verirəm.

Avstraliya Hökuməti Azərbaycan-Avstraliya icmasının bu məsələnin Azərbaycana və qonşularına mümkün mənfi ekoloji təsirləri ilə bağlı narahatlığını qeyd edir. Mövcud dağ-mədən müəssisələrinin ətraf mühiti çirkləndirmə ilə bağlı narahatlıqlarınızı da qeyd edirik. Avstraliya Hökuməti iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə kimi qlobal problemlərin həllinə sadiqdir. Biz transsərhəd çirklənmənin insan sağlamlığına və ətraf mühitə təsirləri ilə bağlı davamlı narahatlıqları xüsusilə qeyd edirik. Biz bütün ölkələri Davamlı İnkişaf Məqsədləri istiqamətində işləməyə və Minamata Konvensiyası və Davamlı Üzvi Çirkləndiricilərə dair Stokholm Konvensiyası kimi beynəlxalq müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq.

Məktubda Avstraliya hökumətinin həmin zavodun tikintisi, baş verən atışmalar və s. belə hallardan narahat olduğu qeyd edilib: Avstraliya hər iki ölkə ilə əlaqələrimizi yüksək qiymətləndirir və biz Ermənistan və Azərbaycan liderlərini masa ətrafında bir araya gətirmək üçün beynəlxalq vasitəçilik səylərini dəstəkləyirik. Biz hər iki ölkəni Dağlıq Qarabağ regionu sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edən, həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan razılaşma əldə etmək imkanından istifadə etməyə çağırırıq. Biz Avstraliyadakı müvafiq icmaları da sülh prosesinin arxasında durmağa çağırırıq.”

Avstraliya Xarici İşlər Nazirliyinin cavab məktubunun tam mətnini ingiliscə təqdim edirik:

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …