Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

Ersin Tatar: “Sülh həm türklərə, həm rumlara gəldi”

GADTB: Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Ersin Tatar türk əsgərinin 1974-cü ildə Kıbrısda həyata keçirdiyi Sülh Əməliyyatı ilə rumlara və türklərə sülh gətirdiyini bildirib.

E.Tatar paytaxt Lefkoşada 20 iyul 1974-cü ildə Kıbrıs Sülh Əməliyyatına dair açıqlama verib.

Dövlət başçısı deyib ki, sülh əməliyyatı olmasaydı, Kıbrıs Giritdən də pis olardı. Bütün türkləri adadan təmizləyəcəkdilər. Əməliyyat Kıbrısda dönüş nöqtəsi oldu. Rum-yunan ikilisi gözləmədiyi bir anda türk əsgəri qarşısında çaş-baş qaldı.

Türk xalqının 1960-cı illərdən 1974-cü ilə qədər Kıbrısda müxtəlif qırğınlara məruz qaldığını və iqtisadi tədbirlərlə Adadan göndərildiyini ifadə edən Tatar əməliyyatın Türkiyenin beynəlxalq müqavilələrdən irəli gələn “birtərəfli” müdaxilə hüququna uyğun olaraq həyata keçirildiyini qeyd edib.

Ersin Tatar “Mehmetciyin adaya addım qoyması ilə həm rumlara, həm də türklərə sülh gəldi. O gündən bəri Kıbrısda heç bir münaqişə olmadı, heç kimin burnu qanmadı. Şimalı və Cənubu ilə Kıbrıs yeni bir prosesə daxil oldu” deyib.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …