Çərşənbə axşamı , May 5 2026
azfa

Sayın Mikayil bəy Oytanın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması zərurəti barədə Penni Vonqa məktubuna cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oytanın Avstraliya xarici işlər naziri Penni Vonqa Kanadanın son günlər İranın İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanınmasına toxunaraq, SEPAH-ı terror təşkilatı kimi tnımaq zərurəti barədə məktubuna cavab gəlib.

Hörmətli Oyta bəy

Kanadanın İslam İnqilabı Keşikçiləri Korpunu (SEPAH) terror təşkilatı kimi təyin etmək qərarına və Avstraliyadan nümunə götürməyi xahiş etməsi ilə bağlı 27 iyun tarixli məktubunuza görə təşəkkür edirik. Mən Xarici İşlər Naziri, Senator hörmətli Penny Wong adından cavab verirəm..

Avstraliya hökuməti İİKK-nın beynəlxalq təhlükəsizliyə və İranın öz xalqına təhdid təşkil etməsi ilə bağlı narahatlığınızı bölüşür. Biz İran İnqilabı Keşikçiləri Korpusu-nun problemli və sabitliyi pozan davranışını, o cümlədən insan haqlarını kobud şəkildə pozmasını və regional silahlı qruplara dəstəyini vurğulamaqda fəal və ardıcıl olmuşuq…

Bununla belə, Avstraliya hökuməti SEPAH-a qarşı mənalı tədbirlər görmək və onun davranışının nəticələri ilə üzləşməsini təmin etmək üçün əlində olan vasitələrdən istifadə edib. Avstraliya 2010-cu ildən bəri bütövlükdə SEPAH-a qarşı sanksiyalar tətbiq edir. Bundan əlavə, İranın 2022-ci ilin sentyabrında etirazları zorakılıqla yatırmasından sonra hökumət 80-dən çox Sepah-a bağlı fiziki və quruma sanksiya qoyub…

Avstraliya hökuməti İran xalqının insan haqlarını dəstəkləmək üçün güclü müdafiə etməyə davam edəcək.

Bu məlumatın faydalı olacağına inanıram.

Hörmətlə

Gemma Huggins

Katib köməkçisi

Yaxın Şərq Şöbəsi, Yaxın Şərq və Afrika Bölməsi

Xarici İşlər və Ticarət Departamenti

Məktubun tam mətnini ingiliscə təqdim edirik:

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …