Cümə , Oktyabr 16 2026
azfa

Türk ölkələri Azərbaycanla Qazaxıstan arasında hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiq edilib

GADTB: “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Həmçinin yoxlayın

Vaşinqton İslam Respublikasının neft maliyyə şəbəkəsinə yeni dağıdıcı zərbə vurdu: banklar, valyuta mübadiləsi şirkətləri və s. sanksiya tətbiq edildi

GADTB: ABŞ Maliyyə Nazirliyi yeni sanksiyalar mərhələsində İslam Respublikasının neft gəlirlərinin köçürülməsində iştirak etməkdə ittiham …

Tramp İrana yenidən hücum ehtimalından danışdı, lakin quru qoşunlarının göndərilməsini istisna etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, xüsusilə Nətənz yaxınlığındakı yeraltı “Kuh Koləng Qəzla” …