
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə məktub ünvanlayıb.
Sayın Mikayil bəy Oytanın məktubunu olduğu kimi təqdim edirik:
Ümummilli lider, ulu öndər Heydər Əliyevin vəfatının ildönümü münasibətilə cənab İlham Əliyevə məktub
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Bu il də Azərbaycan xalqı və dünya azərbaycanlıları müstqəil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin vəfatı münasibəti onun əziz xatirəsini böyük etiramla anırlar. Azərbaycanın dahi oğlu ümummilli lider Heydər Əliyev Azərbaycanı yox olmaq təhlükəsindən qurtarıb, onun müstəqilliyini əbədi etməklə bütün dünya azərbaycanlılarının ürəyində özünə sonsuz məhəbbət və silinməz iz buraxmışdır. Dünya azərbaycanlıları bu gün müstəqil Azərbaycanın inkişafı, güclənməsi və öz ərazilərini bərpa etməsinə görə ümummilli liderə və Sizə borcludur. Siz ümummilli lider Heydər Əliyevin siyasi xəttini layiqincə davam edərək, Azərbaycanı öz tarixinin ən güclü ölkəsinə çevirdiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan 30 il işğal altında olan ərazilərini azad edərək, BMT Təhlükəsizlik Şurasının 3 qətnaməsini təkbaşına icra etdi. Sizinlə bütün dünya azərbaycanlıları fəxr edir və Sizi öz Prezidenti və lideri hesab edir.
Artıq üçüncü ildir ki, Azərbaycanın bütün ərazilərində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İnanırıq ki, bu uğurlar ümummilli Lider Heydər Əliyevin də ruhunu şad etmişdir. Allahdan Sizə və Azərbaycanımıza yeni nailiyyətlər və ulu öndər Heydər Əliyevə rəhmət diləyirik.
Dərin hörmətlə:
Mikayil Oyta
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti

GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi