Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı milli fəallar Mahmud Ocaqlı və Əli Rzayi Havastan artıq ikinci ildir həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Tehrandakı Evin zindanında həbs etdiyi Azərbaycan Milli Hərəkatının fəalları Mahmud Ocaqlı və Əli Rzayi Havastan həbs müddətinin ikinci ilinə qədəm qoyublar.

Milli Hərəkatın fəallarından Mahmud Ocaqlı həbs cəzasından 1 il keçməsinə baxmayaraq, məhkəmə və təhlükəsizlik orqanlarının basqıları və maneələri ucbatındann hələ də məzuniyyətə gedə bilməyib.

Azərbaycan Milli Hərəkatının digər fəalı Əli Rzayi isə atasının vəfatına görə bu ilin sentyabrın 5-də yalnız beş günlük məzuniyyətə buraxılıb.

Qeyd edək ki, Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.

Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilmişdi.

Əli Rzayi isə ana dilində təhsil hüququ və Urmu gölü məsələsinin müdafiəçisi idi.

O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimatçısı və türk dili müəllimidir.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …