GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil Oyta Avstraliya-Azərbaycan Assosasiyası tərəfindən Qarabağın işğaldan azad edilməsi münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunu təqdim edirik:
Hörmətli Prezident, Ali Baş Komandan cənab İlham Əliyev,
Avstraliya Azərbaycan Assosiasiyası tərəfindən Sizi Dağlıq Qarabağımızın işğaldan azad olunması zəfəri münasibətilə ürəkdən təbrik edirik.
Sizin iradəniz və rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu Ermənistana gücünü göstərdi. Bu gün dünya azərbaycanlıları böyük sevinc içindədir. Avstraliyadakı soydaşlarımız da bu qələbə sevincini yaşayır və qürur hissi ilə bu tarixi zəfəri qeyd edirlər. İnanıram bu qələbə cinayətkar Ermənistana böyük bir dərs oldu. Biz, Avstraliyada yaşayan azərbaycanlılar bundan sonra dünyada başımız uca tutmalı və azərbaycanlı olaraq daha fərqli qürulanmalıyıq. Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq və çirkin niyyətli erməni lobbilərinin, o cümlədən diasporunun terrorist əməllərinə qarşı çox möhkəm dayanacayıq. Alnımız açıq, daha da güclü şəkildə diaspor fəaliyətlərimizdə Azərbaycan millətinin və dövlətinin mənafeyinin müdafiəsi və mühafizəsi uğrunda mübarizə aparacağıq. Bu, bizim millətimizə və dövlətçiliyimizə olan milli borcumuzdur. Allah qəhrəman şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Sizə və milətimizə eşq olsun!
Dərin hörmətlə,
Mikayil Oyta
Avstraliya Azərbaycan Assosiasiyasının sədri