Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Sayın Mikayil Oyta və Sara xanım Azərsun ermənilər tərəfindən terror edilən türk konsulun anım törənində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 17-də Avstraliyanın Sidney şəhərində erməni terrorçularının 41 il öncə 1980-cı ildə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib.

Anım mərasiminə Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti və Güney Azerbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamenti sədri sayın Mikayil bəy Oyta və GADTB Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun qatılıblar.

Mərasimə həmçinin Türkiyə Baş konsulu sayın Ali Sevim,  Avstraliya Yeni Güney Uelz (NSW) əyalətinin və Federal Parlamentin millət Vəkiləri, Polis və Təhlükəsizlik nazirliyinin rəsmiləri, digər rəsmi dövlət adamları, Türk təşkilatların təmsilçiləri, eləcə də Amerikanın baş konsulu, Pakistan və Şri-lanka nümayəndəlikləri iştirak etmişlər.

Mərasimdə Avstraliya-Azərbaycan Assosiysiyası tərəfindən sayın Mikayil bəy Oyta və Güney Azerbaycan Demokratik Türk Birliyi (GADTB) tərəfindən sayın Sara xanım Azərsun türk şəhidlərinin abidəsi qarşısına gül çələngi qoyub xatirələrini sayğı ilə andılar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …