Bazar , Oktyabr 25 2026
azfa

Sayın Mikayıl Oytanın Avstraliya hökumətinə Xocalı soyqırımı ilə bağlı məktubuna müsbət cavab verilib-Şəkil

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri və Avstraliya Azərbaycan Assosiyasiyası Prezidenti Sayın Mikayıl Oytanın Xocalı soyqırımı ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə müraciətinə cavab verilib.

Məktubda assosiyasiyanın sədri Mikayil Oytaya məktuba gec cavab verildiyi üçün üzr istənilir.

Ardınca Avstraliya hökumətinin 1988-1994-cü illər ərzində Dağlıq-Qarabağ regionunda baş verən münaqişə nəticəsində yaranan çətinliklər haqqında məlumatlı olduqları, 1992-ci il 26 fevralda Xocalıda baş verən dəhşətli hadisələrin unudulmadığı qeyd edilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin labüdlüyü irəli sürülür və hər iki tərəf buna dəstək verməyə çağırılır. Avstraliya hökumətinin ATƏT-in Minsk qrupunun davam edən vasitəçilik işini dəstəklədiyi yazılır.

Məktubda daha sonra isə beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq, Avstraliya hökumətinin münaqişə ilə bağlı uzun müddətli mövqeyə malik olduğu, xüsusilə Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini və dəstəyinin bir mənalı olduğu, Avstraliya hökumətinin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.

Məktubu ingilis dilində təqdim edirik:

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın