Sayın Mikayıl Oytanın Azərbaycan Dağlıq Qarabağ bölgəsində ermənilərin qanunsuz seçkilərinin ifşası ilə bağlı Hugh McDermott-a məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta işğalçı ermənilərin Azərbaycan Dağlıq Qarabağ bölgəsində qanunsuz keçirdikləri seçkilərinin ifşası ilə bağlı avstraliyalı millət vəkili dr.Hugh McDermott-a məktub ünvanlayıb.

Sayın Oytanın məktubunda yazılıb:

Bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilmiş qanunsuz seçkilərlə bağlı sizə yazıram.

Bildiyiniz kimi, 1993-cü ildə təxminən 1 milyondan çox azərbaycanlı erməni qüvvələri tərəfindən Dağlıq Qarabağdakı ata-baba yurdlarından zorla sürgün edilmişdir. O vaxtdan bəri bölgədəki etnik çoxluq iddiası üçün 100 mindən çox erməni qanunsuz olaraq Dağlıq Qarabağa köçdü. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz işğal etməsini daim pisləyib. Bu məsələdə Ermənistana qarşı dörd qətnamə qəbul edilmişdir. Bütün beynəlxalq siyasi standartlara uyğun olaraq, qeyri-qanuni seçkiləri pisləmək lazımdır və Ermənistan azərbaycanlı qaçqınların Dağlıq Qarabağdakı evlərinə qayıtmasına imkan yaratması üçün təşviq edilməlidir. Azərbaycan xalqının Dağlıq Qarabağın qanunsuz işğal olunmuş ərazilərindəki evlərinə qayıtmasından sonra bölgədə demokratik seçkilər mümkün olacaq.

Mikayıl Oyta

Avstraliya Azərbaycan Assosiyası Prezidenti

Məktubun ingiliscə mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Təbriz etirazlarında yaxalanan 3 fəalın sonuncü müdafiə iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 24-də Təbriz şəhərində keçirilən etirazla bağlı yaxalanan …

Azərbaycanlı siyasi məhbus Əli Vasiqi vəsiqə qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əli Vasiqi dünən 50 milyon …

Bir cavab yazın