Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Sayın Mikayıl Oytanın molla rejiminin azərbaycanlı məhbusları koronavirusa yoluxdurma cəhdi ilə bağlı müraciəti-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta irqçi fars-molla rejiminin koronavirusu zindanlarda yaydığı halda, azərbaycanlı siyasi məhbusları sərbəst buraxmamaqla onların həyatını təhlükəyə atdığını ifşa etmək məqsədilə yaşadığı Avstraliyada bununla bağlı Avstraliya Xarici İşlər naziri sayin Marise Payneyə məktubla müraciət edib.

Sayın Mikayıl Oyta İranın irqçi rejiminin Guney Azərbaycan milli-mədəni və siyasi fəallarını zindanlardan azad etməli olduğunun zərurətinə toxunaraq bildirmişdir ki, koronavirusi (Covid 19) dünyada insanların gizli və böyük düşmənidir və dünya bu düşmənlə savaş apararkən molla rejimi siyasi məhbuslari zindanlarda öz halına buraxıb və məhbuslar həyatını təhlükədə gördüyü üçün etiraz etməyə başlamışlar. Lakin fars-molla rejimi, haqlı olaraq etiraz edən siyasi məhbuslara atəş açıb və bəzi məhbusları öldürüb və ya yaralamışdır. Hətta övladlarının həyatına qarşı yaranan təhlükədən qorxuya düşüb zindanların qarşısına toplaşan məhbus ailələrinə də atəş açılıb.

Sayın Oyta Avstraliya hökumətindən xahiş etmişlər ki, İranın Avstraliyadakı səfiri vasitəsilə molla rejiminin koronavirus təhlükəsinə görə azərbaycanlı siyasi məhbusların evə buraxılmasını tələb etsin.

Sayın Mikayıl Oytanın məktubunun ingiliscə mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın