
GADTB: Güney Azərbaycanın Sayınqala şəhərinin sakinləri, bu şəhərin iki hissəyə bölünməsi üçün hazırlanan şübhəli və məqsədli layihəyə qarşı imza kampaniyası başlatmış və bu addım etiraz etmişlər.
İranın Azərbaycan türklərinə qarşı olan bu şübhəli planı əhalinin ciddi narazılığına səbəıb olub. Xüsusilə molla rejimi tərəfindən kürdləşdsirilməsinə çalışılan bu bölgə üçün belə şübhəli planların təhlükəli olacağı düşünülür.
Bu layihə ilə bağlı təhlükəsizlik, iqtisadi və siyasi narahatlıqlar, müxtəlif bölgələrdən olan sakinləri etiraz etməyə sövq etmişdir. Tarix boyu Azərbaycanın birliyində və Türk kimliyində mühüm rolu olan Sayınqala sakinləri, bu layihənin yalnız təhlükəsizlik qüvvələrinin təsirini artıracağı və mərkəzləşdirilmiş siyasətin tətbiqinə zəmin yaradacağını düşünürlər. Bir çox Türk şəhəri infrastruktur çatışmazlığı, sərmayə yatırımı azlığı və gənclərin məcburi köçü ilə mübarizə apararkən, rejim vəziyyəti yaxşılaşdırmaq əvəzinə, saxta və dayanıqsız parçalanmalarla məşğuldur.
əhali rejimin bu planına qarşı geniş şəkildə imzatoplama kampaniyası ilə etirazlarını bildiriblər.