Bazar , Avqust 30 2026
azfa

SENTKOM: ABŞ altıncı gecə ardıcıl olaraq İran İslam Respublikası rejiminin onlarla hərbi mövqeyinə zərbələr endirib

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmiləri İran İslam Respublikası rejiminin onlarla hərbi hədəfinə qarşı yeni dəqiq zərbələr endirib. Hədəflər arasında sahil müşahidə mərkəzləri, hava hücumundan müdafiə sistemləri, hərbi logistika infrastrukturu və dəniz qüvvələrinin imkanları yer alıb.

SENTKOM-un məlumatına görə, əməliyyat ABŞ-ın şərq sahili vaxtı ilə saat 21:40-da (İran vaxtı ilə cümə günü saat 05:10-da) başa çatıb və hazırda 50 mindən çox ABŞ hərbçisi Yaxın Şərqdə yüksək döyüş hazırlığı vəziyyətində qalır.

SENTKOM: ABŞ İranda yeni hərbi əməliyyatını uğurla başa çatdırıb

Tampa, Florida — ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bəyan edib ki, bu gün ABŞ-ın şərq sahili vaxtı ilə saat 21:40-da İrana qarşı həyata keçirilən son genişmiqyaslı hücum dalğası uğurla başa çatdırılıb.

Bəyanatda bildirilir ki, ABŞ qüvvələri, o cümlədən döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmilər dəqiq idarə olunan sursatlardan istifadə edərək İranın onlarla hərbi obyektini, o cümlədən sahil müşahidə mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini, hərbi logistika infrastrukturunu və dəniz qüvvələrinin imkanlarını hədəfə alıblar. Bu, ABŞ-ın İrana qarşı altıncı gecə ardıcıl həyata keçirdiyi hücum olub.

SENTKOM vurğulayıb ki, bu əməliyyat Ali Baş Komandanın göstərişi ilə İranın hərbi imkanlarını daha da zəiflətmək və bu ölkəni beynəlxalq ticarət gəmiçiliyinə qarşı son hücumlarına görə cavabdeh tutmaq məqsədi daşıyır.

Bəyanatın sonunda qeyd olunub ki, 50 mindən çox ABŞ hərbçisi Yaxın Şərqin müxtəlif bölgələrində əməliyyat fəaliyyətini davam etdirir və onların yüksək hazırlıq səviyyəsi, güclü zərbə imkanları qorunub saxlanılır.

Həmçinin yoxlayın

Dörd azərbaycanlı fəal Təbrizdə irqçi fars-molla rejiminin İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Sima Əlipur, Vəhid Əbhəri, Nima Radməniş və Salar Tahirəfşar adlı dörd azərbaycanlı fəala məhkəmə …

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …