Çərşənbə axşamı , Mart 10 2026
azfa

Sepah Ələhvazda sel fəlakətində könüllü yardım edən ərəbləri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin terrorçu Sepah təşkilatı Ələhvazda sel fəlakətindən əziyyət kəçənlərə könüllü yardım edən ərəbləri həbs edib.

İranda İnsan Haqları Kampaniyasının insan haqları fəalı Kərim Dəhimiyə istinadən verdiyi məlumata görə, Ələhvaz ərəblərindən iki könüllü yardım sevər Əhməd Kəbi və Yaqub Kəbi bu gün,  digər 9 yardım sevər isə aprelin 9-da həbs ediliblər.

Kərim Dəhiminin sözlərinə görə, Əhməd və Yaqub Kəbi əhali arasında yığılmış yardımları bölüşdürən zaman Sepahın Kəşfiyyat İdarəsinin məmurları tərəfindən saxlanılıb və naməlum istiqamətdə aparılıblar. Onların hansı səbəbdən tutulduğu məlum deyil.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın