Çərşənbə , Yanvar 15 2025
azfa

Sepah raketinin partlatdığı təyyarədə Qaşqay elinin fəalı Qənimət Əjdəri həyatını itirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepahının dünən yanvarın 8-də İraqda ABŞ bazalarına raket atarkən raketlərin birinin dəyməsi nəticəsində partlayan sərnişin təyyarəsində Qaşqay türklərindən olan ətraf mühit fəalı Qənimət Əjdəri həyatını itirib.

Qənimət Əjdəri Qaşqay elinin ətraf mühiti mühafizə sahəsində fəaliyyət göstərirdi və Kanada Universitetinin Ətraf Mühitin Mühafizəsi üzrə doktorant idi.

Qeyd edək ki, Qənimət Əjdəri ötən gün Tehrandan Ukraynaya yola düşən təyyarənin sepah raketi vasitəsilə partladılarkən 176 nəfərlə birlikdə ölüb. .

Bu mədəni fəal uzun illər Qaşqayi elinin haqları uğrunda çalışıb.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın