Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

SEPAH terror təşkilatı Hörmüz boğazı yaxınlığında ticarət gəmilərini vurub

GADTB; “The Wall Street Journal” qəzeti xəbər verir ki, bu gün səhər saatlarında SEPAH terror təşkilatı Hörmüz boğazı yaxınlığında iki ticarət gəmisini raketlə hədəfə alıb.

Hədəflərdən birinin Qətərin “Nakilat” şirkətinə məxsus olduğu ehtimal edilən Al Rekayat yanacaq tankeri olduğu bildirilir. Qəzetin dərc etdiyi radio rabitəsinə görə, gəmi mühərrik otağının üst hissəsi yaxınlığında zərbə alıb, nəticədə yanğın və güclü tüstü yaranıb. Bildirilir ki, ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) də Omanın şərq sahilləri yaxınlığında bir tankerin naməlum mərmi ilə vurulduğu barədə məlumat aldığını açıqlayıb. Məlumata görə, gəmidə yanğın baş versə də, insan itkisi və ya ətraf mühitə ziyan barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …