Cümə axşamı , Noyabr 12 2026
azfa

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti davam etdirən üç “qanun pozan” neft tankeri hədəfə alınıb və dayandırılıb.

SEPAH həmçinin bildirib ki, ABŞ ordusunun bölgədəki gəmilərə yönəltdiyi və “qanunsuz müdaxilə və göstərişlər” kimi qiymətləndirdiyi addımlar cavabsız qalmayacaq.

Bununla yanaşı, Axios saytı məlumatlı mənbələrə istinadən xəbər verib ki, İran çərşənbə axşamı ABŞ-ın İordaniyadakı hərbi bazalarından birinə doğru bir neçə ballistik raket atıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə çərşənbə günü (İran vaxtı ilə) “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib:

“Bu gün ABŞ-ın şərq vaxtı ilə saat 17:45-də İran ərazisindən SEPAH qüvvələri Yaxın Şərqdə yerləşən ABŞ hərbçilərinə qəfil hücum həyata keçirmək məqsədilə bir neçə ballistik raket buraxıblar.”

Açıqlamada qeyd olunub ki, İran tərəfindən buraxılan bütün raketlər uğurla zərərsizləşdirilib və ABŞ qüvvələri yüksək hazırlıq vəziyyətində qalmaqda davam edir.

Həmçinin yoxlayın

Sülh sazişi SEPAH-ın təhdidlərinə son qoyulacağına zəmanət vermir

GADTB: “The Wall Street Journal” qəzetinin redaksiya məqaləsində xəbərdarlıq edilib ki, hətta İran İslam Respublikası …

Qafqaz Müsəlmanları İdarəsindən İrəvandakı tarixi Göy məsciddə saxtakarlığa etiraz- Video

GADTB: Qafqaz Müsəlmanları İdarəsi İrəvandakı tarixi Göy məsciddə İran və Ermənistanın saxtakarlığına etiraz edib. Qafqaz …