
GADTB: Dünən Sepah-ın kəşfiyyat qüvvələri Ərdəbil əyalətinin Xiyav (Meşginşəhr) şəhərində azərbaycanlı sosial media fəalını saxlayıblar.
Bununla bağlı, Xiyav şəhərinin prokuroru Babək Nonəhal xəbər verib. O, həbs edilən şəxsin sosial mediadakı paylaşımları ilə “ictimai düşüncəni çaşdırmağa çalışdığını” iddia edib.
“O, kiberməkanda ölkənin ərazi bütövlüyünə qarşı çıxan xaricdəki hərəkatlar və dairələrlə əlaqə saxlayan separatçı qüvvələrdən biridir”,- deyə, prokuror vurğulayıb.
Kimliyi barədə açıqlama verilməyən azərbaycanlı fəalın dindirildikdən sonra Xiyav həbsxanasına köçürüldüyü bildirilib.