Cümə , Aprel 26 2024
azfa

Şimali Koreyada köklü dəyişiklik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Koreya ilə demokratik dünya arasında müzakirələrdən sonra bu ölkədə köklü dəyişiklik baş verib. Şimali Koreya lideri Kim Çen İn deyib ki, ABŞ-la müharibəyə rəsmi şəkildə son veriləcəyi halda, Şimali Koreyanın nüvə silahına ehtiyacı qalmayacaq.

“Əgər ABŞ-la görüşlərimiz tez-tez baş versə, aramızda inam yaradılsa, toxunulmazlıq və müharibənin dayandırılması haqqında saziş əldə olunsa, o zaman nüvə silahı əldə etmək və çətin şəraitdə yaşamaq nəyə lazımdır?”, – Şimali Koreya lideri deyib.

Koreya Respublikası Prezidenti Mun Ce-inin mətbuat katibi Yun Yon Çan Seulda keçirdiyi brifinqdə deyib ki, Şimali Koreyanın hakimiyyət orqanları Pxunqeri nüvə poliqonunu may ayında tamamilə bağlayacaq. Onun sökülməsi prosesi açıq şəkildə aparılacaq.

Onun sözlərinə görə, bu barədə razılıq iki ölkə liderinin aprelin 27-də keçirilmiş sammitində əldə olunub. KXDR lideri Kim Cen In obyektin sökülməsi prosesini izləmək üçün Şimala jurnalistləri və təhlükəsizlik sahəsində ekspertləri dəvət edəcəyinə söz verib. “Bəziləri deyir ki, Şimal acınacaqlı vəziyyətdə olan obyektləri sökür. Siz görəcəksiniz ki, bu, belə deyil”, – deyə mətbuat katibi əlavə edib.

Xatırladaq ki, Cənubi Koreya və KXDR liderləri cümə günü sərhədyanı Panmuncom məntəqəsində görüşüblər. Danişıqların yekunu olaraq sülh, tərəqqi və Koreya yarımadasının birləşməsi barədə tarixi bəyannamə imzalanıb. Bəyannamədə, həmçinin Cənubi Koreya və KXDR-in yarımadanın nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün aktiv fəaliyyət aparacağı qeyd olunub.

 

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın