Çərşənbə , Oktyabr 21 2026
azfa

Siyasi məhbus Rəhim Qulami mübariz fəal Yusif Kariyə həsr etdiyi şeirində mübarizə təkid edib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbil zindanında həbsə atdığı azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami öz məsləkdaşı siyasi məhbus Yusif Kariyə şeir həsr edib.

Şeirdə azərbaycanlı siyasi məhbus mübarizə təkid olunub. Fəal vurğulanıb ki, bizim mübarizəmiz yeni mərhələyə qədəm qoyub və artıq zindanın içi və ya çölü bizim üçün eyndir. Yetər ki, bir-birinə bağlanan ürəklər inandıqları yolda mübarizəni davam etdirsinlər.

Fəal şeirində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin sarsılmaz mübarizəsi və onun ilham mənbəyi olduğuna da toxunub.

Qeyd edək ki, Yusif Kari keçən yayın son ayında irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Rejim qondarma ittihamlarla azərbaycanlı fəalı 6 il həbs cəzasına məhkum edib. Fəal vəsiqə qarşılığında zaminə buraxılma hüququndan məhrum edilib və hazırda Ərdəbil Mərkəzi Zindanının müvəqqəti təcridxanasında saxlanılır.

Publicerat av Ali Huseyn Tisdag 7 januari 2020

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın