Çərşənbə , Aprel 24 2024
azfa

Sözdə azxərbaycanlı dəstəkləyən İran Azərbaycan sərhədinə hərbi qüvvə və texnika yeritdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanı hər növ silah-sursatla təmin edən və sözdə Azərbaycanı dəstəklədiyini iddia edən İran rejimi Qəzvinin zirehli biriqadasını Azərbaycanın Naxçıvan Muxtar Vilayəti ilə sərhəddə gətirib. Rejim eyni Zamanda Marağa və Zəncandan da sepah terrorçularını külli miqdarda ağır silah-sursatla Araz çayı kənarına yerləşdirib.

Bildirilir ki, İran rejiminin bu addımı Azərbaycan Ordusunun Zəngəzur (Meqri) bölgəsinə daxil olub, Azərbaycan Respublikası ilə Naxçıvan bölgəsini birləşdirməsi ehtimalına qarşı bu addımı atıb.

Rejim Zəncanın 216 saylı mexanizə biriqadasını və Marağanın 11 saylı artilleriya bölməsini Araz boyu sərhəd bölgəsinə göndərib.

Marağanın “İmam Rza” kazarmasının komandirini bildirib ki, ordunun Marağada yerləşən 11 saylı artilleriya bölməsinin bir hissəsi Şərqi Azərbaycanın şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün sərhəd bölgəsinə göndərilib.

Qeyd edək ki, bundan öncə İran rejimi Azərbaycanla sərhəddə Mazandaran və fars bölgələrindən gətirilmiş qüvvələri yerləşdirib. Rejimin Azərbaycanın öz ərazilərini azad etdiyi bir dövrdə bu bölgəyə qüvvə yeritməsi sual doğurmaqdadır.

Qüvvə və texnikanın videosu:

https://t.me/GADTB1/4189

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın