GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya gölünə Sulduzda Kanisib bəndindən su çəkən işçilərə 4 aydır əmək haqqı vermir.
Tunel qazma layihəsində işləyən fəhlələr artıq 4 aydır əmək haqqı ala bilmir.
İşçilər əğır iqisadi şəraitdə əmək haqlarının ödənilməməsinə kəskin etiraz ediblər. Onlar etiraz olaraq artıq işi dayandırıblar. Beləliklə artıq rejim Urmiya gölünün bərpası ilə bağlı görülən yeganə işi də dayandırmış olub.
Qeyd edək ki, Kanisib bəndi Sulduzun Bəyim qala kəndində yerləşir. Tunel qazma layihəsi Urmiyanın 120 kilometrliyində icra edilir.