Sulduzun azərbaycanlı fəalları Abbas Lisaninin tələblərinə baxılmayacağı təqdirdə beynəlxalq qurumlara müraciət ediləcəklərini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərindən olan bir qrup azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz həbsi və şərlənməsilə bağlı səlahiyyətli beynəlxalq təşkilatlara müraciət edəcəklərini bildiriblər.

Rejimin bir neçə rəsmi orqanına açıq məktub ünvanlayan fəalar məsələyə baxılmayacağı təqdirdə beynəlxalq qurumlara müraciət edərəclərini deyirlər.

Rejimin Ərdəbildə yerləşən zindanında 2019-cu il yanvarın 15-dən saxlanılan azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəmədə özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən mətnin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-dən aclıq aksiyası keçirir.

Sulduzdan olan azərbaycanlı fəallar Ərdəbil Əyaləti Ədliyə İdarəsi və İnqilab Məhkəməsinin rəisi, Ərdəbil valisi, Ərdəbilin imam cüməsi, azərbaycanlı millət vəkilləri, həmçinin işıqlandırmaq üçün ölkə və əyalətin mətbuat orqanlarına ünvanladıqları məktubda tanınmış fəalın hüquqlarının təmin olunması ilə bağlı ciddi xəbərdarlıq ediblər.

Məktubun bir hissəsində yazılıb: “Azərbaycanın tanınmış mədəni fəalı cənab Abbas Lisani bir neçə aydır ki, həbsdədir. O həmçinin qanunsuz saxlandığı və vəziyyəti ilə bağlı bir müddətdir ki, aclıq aksiyası keçirir. Ona görə də onun sağlamlığı təhlükəyə düşüb. Biz Sulduzdan olan bir qrup mədəni fəal ona dəstək verdiyimizi elan edərək, aclıq aksiyasını davam edəcəyi təqdirdə səhhətinin təhlükəyə düşəcəyindən nigaranıq. Biz qeyd olunan problemlərin aradan qaldırılması və onun sərbəst buraxılmasını tələb edirik.

Tələbimizə məhəl qoyulmasa, beynəlxalq qurumlar və insan hüquqları müdafiəçilərinə müraciət ediləcəyik. Bu bizim təbii hüququmuzdur.”.

Məktub Mir Musa Ziya Gərgəri (Seyid Ziya), Mustafa Qasimi, Əli Hacı Məhəmmədi, İsa Yeganə, Məhərrəm Kərimi, Səccad Şoheyri, Möhsün Qasimi, Arəş Dilməqani, Kərim Aşofte və Əjdər Hacızadə tərəfindən yazılıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın