Şənbə , Oktyabr 17 2026
azfa

Süngün Mis Mədəninə 3 min milyard tümən ziyan dəydiyi ifşa edildi- Video

GADTB: Azərbaycan Molibden Mis Şirkətinin İdarə Heyətinin üzvü İran Milli Mis Sənayesi Şirkətinin illik iclasında keçən il Vərziğanda Süngün “hip liçinig” layihəsində baş vermiş yanğının vurduğu 3 min milyard tümənlik zərəri ifşa etsə də o, Azərbaycanın sərvətlərinin talanmasına qarşı etirazları boğmaq məqsədilə şifahi və fiziki hücumlara məruz qalıb.

Azərbaycan Molibden Mis Şirkətinin İdarə Heyətinin üzvü ötən il “Süngün Mis” Kompleksinin “hip liçinig” layihəsində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın həcmi ilə bağlı şok açıqlamalar verib. O, hadisənin 3 min milyard tüməndən çox ziyan vurduğunu, lakin hesabatlılıq və şəffaflıq əvəzinə şiddətə və repressiyalarla məruz qaldığını açıqlayıb.

Məlumatlı mənbələr hücumun koordinasiya edildiyini və pozuntuların daha çox açıqlanmasının qarşısını almaq üçün həyata keçirildiyini bildirir.

Qeyd edək ki, Vərziğanda Süngün Mis Mədəni Yaxın Şərqdə ən böyük mis mədənidir və İranın mis istehsalının 60 faizi Azərbaycandakı bu nəhəng mədənin ehtiyatlarından əldə edilir. İran hökuməti Azərbaycanda bu mədəndən mis külçələrin istehsalının qarşısını alıb və onun torpağını xam halda Kirmana daşıyıb orada külçəyə çevirir və bu nəhəng Azərbaycan mədənindən əldə olunan gəlir də İranın mərkəzi hissəsində yerləşən Fars əyalətlərinin inkişafına xərclənir.

Bundan əvvəl Təbrizin keçmiş nümayəndəsi Əhməd Əlirza Beygi Azərbaycanda Süngün mis mədəninin talan edildiyini etiraf edərkən demişdi: “Vərziğandakı Süngün Mis Mədənindən hər gün 2 milyon dollar dəyərində konsentrat ixrac olunur”.

Molla rejimi bu yolla Azərbaycanı açıq şəkildə müstəmləkə etdiyini göstərməkdədir.

https://t.me/GADTB1/43951

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …