Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

New York Times: “İranda baş verən yanğın və partlayışlara görə İsrail məsuliyyət daşıyır”

GADTB: “The New York Times”, adları açıqlanmayan üç İran rəsmisinə istinadən yazır ki, son günlər qaz sızması və yanğınlarla müşayiət olunan partlayışların çoxu təxribat aktıdır və bunun arxasında İsrailin dayanma ehtimalı yüksəkdir.

Son 2 həftədə İranın müxtəlif bölgələrində – yaşayış kompleksləri, neft emalı zavodları, ayaqqabı fabriki və hava limanı yaxınlığında – müəmmalı yanğın və partlayışlar baş verib.

Rəsmilər ictimaiyyətə açıqlamalarında bu hadisələri qaz sızması, ot və zibilin yandırılması, köhnəlmiş infrastruktur kimi səbəblərlə əlaqələndirsələr də, bəzi yüksək vəzifəli şəxslər, o cümlədən SEPAH üzvləri, bunların psixoloji müharibə və konkret obyektlərə qarşı yönəlmiş təxribatlar olduğunu düşünürlər./ Azad İran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …