Şənbə , Aprel 27 2024
azfa

Sürgün qərarına etira edib Ərdəbilə dönən Abbas Lisani azərbaycanlı fəallar tərəfindən qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisani Yəzdə sürgün edildikdən sonra bu ədalətsiz qərara etiraz edərək Ərdəbilə qayıdıb.

Abbas Lisani ailəsi ilə telefon danışığı zamanı “Məcburi sürgün hökmünə tabe olmayacağam” bildirdikdən sonra fevralın 23-ü axşam saat 20-də 20-dən çox milli fəalın qarşılaması ilə Ərdəbilə geri qayıdıb.

Lisani bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və hazırda bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda Yəzd şəhərindən Təbrizə qədər olan 1200 kilometrlik məsafəni qət etməyin onun üçün çətin olduğunu bildirmişdi.

Qeyd edək ki, İranın Yəzd şəhərinə sürgün edilən Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı məcburi sürgün məhkumluğuna olmayacaq və öz doğma diyarına qayıdacağını bildirmişdi.

Lisani ailəsinə bildirmişdi ki, Yəzdə çatdırıldıqdan sonra məhkəməyə köçürülüb və məhkəmədə bildirib ki, Yəzdə qalmaq onun sağlıq durumuna kompensasiya olunmaz xəsarət yetirə bilər. Lakin hakim bildirib ki, onun qərarı dəyişmək ixtiyarı yoxdur və əsas qərarı İranın ETTELAAT İdarəsi verir. Ona görə də məni ETTELAAT-a qaytardılar. Orada isə hər gün həmin orqana müraciət edin barmaq izi verməklə sərbəst buraxılıb. ETTELAAT İdarəsindən çıxandan sonra isə Yəzdim Avtovağzalına gedərək Ərdəbilə hərəkət etmək istədiyini bildirib.

Abbas Lisani bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və hazırda bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda 1200 kilometrlik məsafəni qət etməyin onun üçün çətin olduğunu söyləyib.

Abbas Lisani 50 ay həbs cəzası çəkdikdən sonra fevralın 21-də polis qüvvələrinin müşayiəti ilə həbsxananın 7-ci bölməsindən Ərdəbil şəhəri polis idarəsinin təcridxanasına, oradan isə Yəzd şəhərinə sürgünə göndərilmişdi.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …